UNEC nəzdində Sosial-İqtisadi Kollecdə "CyberWoman Talk" tədbiri keçirilib

UNEC nəzdində Sosial-İqtisadi Kollecdə "CyberWoman Talk" tədbiri keçirilib

CyberBridge Texnologiya və İnnovasiya Təşəbbüsünün təşkilatçılığı ilə keçirilən "CyberWoman Talk" tədbirində xanımların kibertəhlükəsizlik sahəsindəki rolu və inkişaf perspektivləri müzakirə olunub.

Dərc olunub: 25 Aprel 2026
1 dəq oxu
Kateqoriya: news
Yenilənib: 25 Aprel 2026
10 aprel tarixində UNEC nəzdində Sosial-İqtisadi Kollecdə "CyberBridge" Texnologiya və İnnovasiya Təşəbbüsü tərəfindən təşkil olunan "CyberWoman Talk" tədbiri uğurla həyata keçirilib.
Tədbirin əsas məqsədi texnologiya və kibertəhlükəsizlik sahəsində qadınların iştirakını təşviq etmək, bu sahədə mövcud olan karyera imkanlarını işıqlandırmaq və qarşıya çıxan çağırışları müzakirə etmək olub.
Müzakirə olunan əsas mövzular:
Kibertəhlükəsizlik sahəsində xanımların rolu;
Sektor üzrə inkişaf imkanları və təhsil yolları;
Sahə üzrə qlobal və yerli çağırışlar.
Tədbirdə peşəkar spikerlər Safura İsayeva, Aygün Yusifli və Ruhiyə Murtuzova öz bilik və təcrübələrini tələbələrlə bölüşərək, onlara gələcək karyera yollarında dəyərli tövsiyələr veriblər.
Sonda tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə TechGuard Academy-yə, Kollecin rəhbərliyinə və Tələbə Gənclər Təşkilatının sədri Aytac xanıma xüsusi təşəkkür ifadə olunub.

Oxşar məqalələr

Bu mövzuda daha çox məzmun kəşf edin