Forumlar

İllik forumlarımız və qlobal tədbirlər

CyberConnect: Kibertəhlükəsizlikdə Yerli İnnovasiyaların Təşviqi Forumu

CyberConnect: Kibertəhlükəsizlikdə Yerli İnnovasiyaların Təşviqi Forumu

CyberConnect: Kibertəhlükəsizlikdə Yerli İnnovasiyaların Təşviqi Forumu dövlət qurumları, özəl sektor, akademik mühit və gənc mütəxəssisləri bir araya gətirən platformadır. Forumun əsas məqsədi yerli kibertəhlükəsizlik həllərinin təşviqi, innovativ layihələrin təqdimatı, sahə üzrə bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, eləcə də əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Tədbir çərçivəsində ekspert çıxışları, panel müzakirələri və yerli texnoloji həllərin təqdimatı keçiriləcək. Forum həm peşəkarlar, həm də kibertəhlükəsizlik sahəsində inkişaf etmək istəyən gənclər üçün yeni əməkdaşlıq və şəbəkələşmə imkanları yaradacaq.