Rəylər
Mütəxəssislərin bizim haqqımızda düşüncələri
"CyberBridge Azərbaycanın kibertəhlükəsizlik və texnologiya sahəsində diqqət çəkən, maarifləndirmə yönümlü mühüm könüllü təşəbbüslərindən biri kimi qiymətləndirilə bilər. Layihə qısa müddətdə gənc istedadları sənaye liderləri ilə birbaşa əlaqələndirməklə bilik mübadiləsini təşviq edən effektiv platformaya çevrilib. Xüsusilə könüllülük əsaslı olması və açıq iştirak imkanları onun cəmiyyətin geniş təbəqələrində rəqəmsal savadlılığın artırılmasına xidmət etdiyini göstərir. Ümumilikdə, CyberBridge hal-hazırda texnoloji maarifləndirmənin gücləndirilməsi və dayanıqlı rəqəmsal ekosistemin formalaşdırılması baxımından ciddi əhəmiyyət daşıyan bir layihədir."

Bəhruz Əliyev
İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı
"“Cyber Bridge” layihəsi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən mühüm təşəbbüslərdən biridir. Bu cür platformalar dövlət qurumları, özəl sektor və mütəxəssislər arasında əməkdaşlığı gücləndirərək bilik və təcrübə mübadiləsini təşviq edir. Hesab edirəm ki, belə layihələr ölkədə kibertəhlükəsizlik sahəsinin daha da inkişaf etməsinə və dayanıqlı ekosistemin formalaşmasına mühüm dəstək göstərir."

Fariz Ələsgərov
Maarifləndirmə və Tədqiqat sektorunun böyük məsləhətçisi-Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti
"CyberBridge təşəbbüsü kibertəhlükəsizlik sahəsində dərin bilik və peşəkar yanaşmanın real təsir yaratdığı mühüm bir platformadır. Layihədə iştirakım həm kiber risklərin qiymətləndirilməsi, həm də rəqəmsal təhlükəsizlik şüurunun gücləndirilməsi istiqamətində bilik və təcrübəmi tətbiq etmək üçün əhəmiyyətli imkan yaratdı."

İsmayıl Əsədullayev
Kibertəhlükəsizlik üzrə məsləhətçi - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
"CyberBridge layihəsində iştirak etməkdən məmnun oldum. Layihənin peşəkar təşkili və iştirakçıların aktivliyi ölkədə kibertəhlükəsizliyin inkişafına verilən töhfəni aydın şəkildə göstərir. Bu cür faydalı təşəbbüsə görə təşkilatçılara təşəkkür edirəm."

Məmməd Rahimzadə
Kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssis-İDDA
"CyberBridge sadəcə layihə deyil, milli internet seqmentində kiber dayanıqlığın gələcəyini formalaşdıran strateji platformadır. O, ənənəvi təhlükəsizlik biliklərini süni intellekt, big data və avtomatlaşdırılmış müdafiə modelləri ilə birləşdirərək rəqəmsal cəmiyyət üçün yeni nəsil peşəkarlar yetişdirən real ekosistem rolunu oynayır."

Əflatun Məmmədov
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert
"Kibertəhlükəsizlik slaydlarla yox, düşüncə tərzi ilə başlayır. CyberBridge-də gördüyüm gənclər klikləyən yox, analiz edən, sual verən, riskin haradan gəldiyini anlamağa çalışan insanlardı. Bu layihə gəncləri passiv istifadəçidən aktiv müdafiəçiyə çevirən real bir körpüdür."

Nicat Nəbiyev
Kibertəhlükəsizlik üzrə aparıcı mütəxəssis -Millikart LLC
"Bir ekspert olaraq CyberBridge-i gənclərin peşəkar İT ekosisteminə inteqrasiyası üçün effektiv platformalardan biri hesab edirəm. Praktiki təlimlər və mütəxəssis rəyləri ilə zəngin olan bu layihə, yeni nəsil mühəndislərin formalaşmasında əvəzsiz rol oynayır."

Araz Əhmədov
İnformasiya Texnologiyaları üzrə Sistem Mühəndisi-Techpro DC