Tədbirlər

Yaxınlaşan tədbirlər

🛡️ CyberCTI'26 Vorkşop: Müasir Kiber Təhlükəsizlikdə CTI-ın Rolu

🛡️ CyberCTI'26 Vorkşop: Müasir Kiber Təhlükəsizlikdə CTI-ın Rolu

Kiber təhdid mühiti getdikcə mürəkkəbləşdiyi bir dövrdə müdafiə strategiyalarımızı bir addım irəli aparırıq! Cyber Distro, CyberBridge, Türk Siber Birliyi və ThreatProxy dəstəyi ilə baş tutacaq bu xüsusi vorkşopda kiber təhdid kəşfiyyatının (CTI) nəzəri və operativ dərinliklərinə enirik. Sektorun təcrübəli simaları Yusuf Dalbudak və Berat Akşit ilə kiber təhlükəsizliyin gələcəyini müzakirə etmək üçün yerinizi indidən ayırdın!

7 Mart 2026
Zoom
Rəqəmsal Gələcək: İnfrastruktur, Təhsil və İnnovasiya

Rəqəmsal Gələcək: İnfrastruktur, Təhsil və İnnovasiya

Gələcəyin rəqəmsal ekosisteminin qurulması və innovativ həllərin tətbiqi istiqamətində müzakirə. Ekspert Heyəti: Vüqar İsmayılov – DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (RİM), İT infrastruktur departamentinin direktor müavini. Elşən Fərzəliyev – "Avicom" MMC-nin Baş icraçı direktorunun müavini və "IDTech" Akademiyası-nın direktoru. Orxan Bəhramov – Elm və Təhsil Nazirliyi, Təhsil üzrə İKT Bürosunun Layihə İdarəetmə Ofisinin rəhbəri.

CyberWoman Talk: Kiber Mühitdə Xanımların Rolu

CyberWoman Talk: Kiber Mühitdə Xanımların Rolu

Kibertəhlükəsizlik sahəsində xanımların rolu, karyera imkanları və uğur hekayələri. Ekspert Heyəti: Səfurə İsayeva – "Paşa Sığorta", İT İnfrastruktur departamenti, Xidmət Əməliyyatları Mərkəzinin rəhbəri. Aygün Yusifli – "Cyberpoint", Kibermüdafiə əməliyyatları şöbəsi, Kibertəhdidlərin aşkarlanması üzrə mütəxəssis. Ruhiyə Murtuzova – "Cybernetics" Milli Kibertəhlükəsizlik Şirkəti, İR üzrə məsləhətçi; "INNAB" Business School-da İR üzrə təlimçi.

Tədbirlər: IT, Kibertəhlükəsizlik və Texnologiya Görüşləri | CyberBridge