AİKTSA İdarə Heyətinin Sədri Elvin Abbasov Tələbələrlə Görüşüb

AİKTSA İdarə Heyətinin Sədri Elvin Abbasov Tələbələrlə Görüşüb

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov qurumda istehsalat təcrübəsində olan UNEC nəzdində Sosial-İqtisadi Kollecin tələbələri ilə xüsusi görüş keçirib. Görüş zamanı tələbələrin karyera imkanları, ölkədəki rəqəmsal inkişaf və nəzəri biliklərin real iş mühitində tətbiqi məsələləri ətrafında səmimi fikir mübadiləsi aparılıb.

Dərc olunub: 17 May 2026
1 dəq oxu
Kateqoriya: news
Yenilənib: 17 May 2026
Azərbaycanın informasiya texnologiyaları və innovasiya ekosistemində gənc kadrların yetişdirilməsi və onların əmək bazarına hazırlanması ən prioritet məsələlərdən biridir. Bu məqsədlə, gənclərin real iş mühiti ilə tanışlığına xüsusi önəm verilir. Bu günlərdə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov qurumda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində Sosial-İqtisadi Kollecin tələbələri ilə görüşüb.
Görüşün əsas müzakirə mövzusu tələbələrin istehsalat təcrübəsi müddətində əldə etdikləri biliklər, texnologiya sektorunun müasir çağırışları və innovativ həllərin tətbiqi olub. Elvin Abbasov gənclərə sənayenin mövcud vəziyyəti, rəqəmsal transformasiya prosesləri və qlobal texnoloji trendlər barədə ətraflı məlumat verib. O xüsusilə vurğulayıb ki, ali və orta ixtisas təhsil müəssisələrində əldə olunan nəzəri biliklərin məhz bu cür təcrübə proqramları vasitəsilə praktikada tətbiq edilməsi peşəkar kimi formalaşmağın ən vacib şərtidir.
Tədbir zamanı kompüter sistemləri və proqram təminatı istiqamətində təhsil alan tələbələr təcrübə dövründə qarşılaşdıqları proseslər, öyrəndikləri yeni texniki alətlər və idarəetmə metodları barədə fikirlərini bölüşüblər. AİKTSA rəhbərliyi gənclərin suallarını cavablandırmaqla yanaşı, onlara gələcək karyeralarında kömək olacaq tövsiyələr verib və təşəbbüskarlığın əhəmiyyətini diqqətə çatdırıb.

Oxşar məqalələr

Bu mövzuda daha çox məzmun kəşf edin