Maliyyə-İqtisad Kollecinin tələbələri üçün “Hakerlər necə hücum edir və biz necə qorunuruq?” mövzusunda seminar keçirilib
CyberBridge, TechGuard Academy və Maliyyə-İqtisad Kollecinin İT klubunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələrə real kiberhücum metodları və onlardan qorunma yolları barədə ətraflı məlumat verilib.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərin kibertəhlükəsizlik sahəsində rəqəmsal savadlılığını artırmaq və onları müasir texnoloji təhdidlərdən qorumaq olub.
Seminarın əsas müzakirə mövzuları:
Real Hücum Metodları: Hakerlərin istifadə etdiyi texniki və psixoloji hücum metodologiyalarının anlaşılan dildə izahı;
Rəqəmsal Risklər: Gündəlik həyatda, sosial şəbəkələrdə və onlayn platformalarda qarşılaşa biləcəyimiz risk faktorları;
Effektiv Qorunma: Kiberhücumlara qarşı tətbiq edilməli olan preventiv addımlar və rəqəmsal gigiyena qaydaları.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Ekspertlər iştirakçılara təkcə nəzəri biliklər deyil, həm də real hadisələr üzərindən praktiki nümunələr təqdim ediblər. İnteraktiv formatda keçən görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün faydalı tövsiyələr verilib.



