Gənclər üçün Kibertəhlükəsizlik, Süni İntellekt və Rəqəmsal Transformasiya Tədbiri Keçirildi
Tədbirdə gənclərin kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal transformasiya sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə ətraflı müzakirələr aparılıb, iştirakçıların aktual sualları cavablandırılıb.
🎤 Dəyərli çıxışlarına görə spikerlərimizə təşəkkür edirik:
Əflatun Məmmədov – Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müəllimi, internet və yüksək texnologiyalar üzrə ekspert
Elvin Abbasov – Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri
Fariz Ələsgərov – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və Tədqiqat sektorunun böyük məsləhətçisi
İsmayıl Əsədullayev – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal inkişaf və innovasiyalar şöbəsinin kibertəhlükəsizlik üzrə məsləhətçisi
🏛️ Xüsusi təşəkkür:
Tədbirin təşkilinə və keçirilməsinə göstərdiyi dəstəyə görə Sosial-İqtisadi Kollecin direktoru, professor Mübariz Hacıbəyova minnətdarlığımızı bildiririk.



