CyberBridge layihəsinin III mərhələsi çərçivəsində Sosial-İqtisadi Kollecdə tədbir təşkil olunmuşdur.
Rəqəmsal Təhlükəsizliyə və İnformasiya əsrində gənclərin roluna diqqət yetirin
Görüşdə millət vəkili Rizvan Nəbiyev “Rəqəmsal mühitdə təhlükəsizlik və gənclərin rolu” mövzusunda çıxış etmişdir. O, bu və əlaqəli sahələrdə ölkəmizdə qanunvericilik bazası, Azərbaycanın qoşulduğu çoxtərəfli beynəlxalq konvensiyalar və bağladığı iki tərəfli müqavilələr barədə məlumat vermişdir. Deputat həmçinin dezinformasiya ilə mübarizə, “fake news” (saxta xəbər) ilə mübarizədə məsuliyyətli davranış, maarifləndirmə ilə bağlı məsələlərdə dövlətin, cəmiyyətin və dövlət-özəl tərəfdaşlığının fəaliyyəti barədə danışmış, beynəlxalq təcrübədən misallar gətirmişdir.
İnteraktiv müzakirə zamanı isə kibertəhlükəsizlik sahəsində məlumatlandırılmasının vacibliyi, rəqəmsal savadlılığın artırılması və informasiya təhlükəsizliyinin cəmiyyət üçün əhəmiyyəti barədə suallar vabalandırılmış və ətraflı fikir mübadiləsi aparılmışdır.
Kollecin Tələbə Gənclər Təşkilatı və Kiber Klubunun təşəbbüsü və Sosial-İqitsadi Kollecin təşkilati dəstəyi ilə keçirilən tədbir professor Mübariz Hacıbəyovun yekun nitqi ilə başa çatmışdır.



