Bakı Ali Neft Məktəbində Kibertəhlükəsizlik Ekosistemi Müzakirə Edildi
Bakı Ali Neft Məktəbində keçirilən açılış mərasimində “Azərbaycanda kibertəhlükəsizlik ekosistemi: təhsil, karyera və sənaye tələbləri” mövzusunda panel müzakirəsi təşkil olunub.
Paneldə spiker qismində iştirak edən Abbas Ağayev, Sevinc Rəcəbli, Kəklik Qəribova və moderatorumuz Aytac Hüseynovaya xüsusi təşəkkürümüzü bildiririk.
Dəyərli vaxtlarını ayıraraq bilik və təcrübələrini gənclərlə bölüşən spikerlərimizə, tədbirin keçirilməsində dəstək göstərən Bakı Ali Neft Məktəbinə və iştirak edən bütün tələbələrə minnətdarlığımızı ifadə edirik.
Eyni zamanda tədbirin təşkilində fəal iştirak edən Bakı Ali Neft Məktəbinin Kiberklub komandasına, xüsusilə də Aytac Abdullayeva və Fatimə Əliyeva xanımlara ayrıca təşəkkür edirik. Sizin əməyiniz bu tədbirin uğurla reallaşmasında mühüm rol oynadı.
CyberBridge olaraq inanırıq ki, bu cür görüşlər gənclərin karyera yolunu daha aydın görməsinə və ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin inkişafına real töhfə verir.



