CyberBridge
CyberBridge layihəsinin III mərhələsi çərçivəsində Sosial-İqtisadi Kollecdə tədbir təşkil olunmuşdur.

CyberBridge layihəsinin III mərhələsi çərçivəsində Sosial-İqtisadi Kollecdə tədbir təşkil olunmuşdur.

27 Fevral 2026
Kollecin professor-müəllim heyəti və müxtəlif ixtisaslarda təhsil alan çoxsaylı tələbələrin qoşulduğu tədbirdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Dr. Nabiyev Rizvan və kollecin direktoru, professor Mübariz Hacıbəyov iştirak etmişdir.
Görüşdə millət vəkili Rizvan Nəbiyev “Rəqəmsal mühitdə təhlükəsizlik və gənclərin rolu” mövzusunda çıxış etmişdir. O, bu və əlaqəli sahələrdə ölkəmizdə qanunvericilik bazası, Azərbaycanın qoşulduğu çoxtərəfli beynəlxalq konvensiyalar və bağladığı iki tərəfli müqavilələr barədə məlumat vermişdir. Deputat həmçinin dezinformasiya ilə mübarizə, “fake news” (saxta xəbər) ilə mübarizədə məsuliyyətli davranış, maarifləndirmə ilə bağlı məsələlərdə dövlətin, cəmiyyətin və dövlət-özəl tərəfdaşlığının fəaliyyəti barədə danışmış, beynəlxalq təcrübədən misallar gətirmişdir.
İnteraktiv müzakirə zamanı isə kibertəhlükəsizlik sahəsində məlumatlandırılmasının vacibliyi, rəqəmsal savadlılığın artırılması və informasiya təhlükəsizliyinin cəmiyyət üçün əhəmiyyəti barədə suallar vabalandırılmış və ətraflı fikir mübadiləsi aparılmışdır.
Kollecin Tələbə Gənclər Təşkilatı və Kiber Klubunun təşəbbüsü və Sosial-İqitsadi Kollecin təşkilati dəstəyi ilə keçirilən tədbir professor Mübariz Hacıbəyovun yekun nitqi ilə başa çatmışdır.